SÜLEYMAN ABDULLA.-dan İKİ ŞEİR

Ədəbiyyat 10:47 / 03.06.2026 Baxış sayı: 365

DAŞKƏNDDƏ YAZILAN ŞEİR

 

Uzaqlar dediyin cənnətməkandır,

Adına getdiyin bir ölkədir, dost.

Fikrin aydındırsa bir işıq yandır,

İnciyib küsməyin yeri nədir, dost?!

 

Gözün gözəllikdən olacaqsa şən,

Böyük şəhəri gör, kiçik kəndi gör.

Nağıl aləminə düşmək istəsən,

Xivəni gəz-dolan, Səmərqəndi gör!

 

Qəlbində uca dağ, üzündə nur ol,

Xəyalın aparır bəs hara səni?!

Bir az keçmişə dön, Əmir Teymur ol,

Yoxsa sehirləməz Buxara səni.

 

Sonalar gölündə üzən ağ qutək,

Qəlbin rahatdımı gecə sərində?

Vətəni özlədim havatək, sutək,

Daşkəndin leysanlı gecələrində.

 

İNANC ŞEİRİ

 

O yanğı, o atəş düşməz hər səsə,

Kamanın naləsi udluq inancdır.

Xoşbəxtlik ərəbdən qalıb kiməsə,

Türkün aradığı kutluq, inancdır.

 

Haqdan havalanmaz zilə yad avaz,

Səsindən asılan aşiqdir bu yaz.

Bir odlu mayedi, bir paz, bir də saz,

Bu müqəddəs "üçlük" tutluq inancdır.

 

Hər bənd haqq sayılmaz qərarda, qətdə,

Canımız çıxacaq boş-boş həkətdə.

Mənə elə gəlir bu məmləkətdə

İnancın qutluğu "Qutluq İnanc"dır.