DAĞlARIN  - Əşrəf Veysəlli 

Ədəbiyyat 15:32 / 04.06.2026 Baxış sayı: 192

 

Buludlar gah yağış, gah çən daşıyar,

Kövrəlib gözləri dolar dağların.

Yazda dörd fəsli də bidən yaşayar,

Qışda bircə fəsli olar dağların.

—2–

Gedək dedim, gedək gəzək doyunca,

Çox olmuşam həvəsində dağların.

Necə olsa, təmizlik var, saflıq var,

Ülvilik var nəfəsində dağların.

 

Sən hardasan, gəlib çıx , ay gülüzlüm,

Tellərinə inci- inci gül düzüm.

Qardan keçdim, qışdan keçdim, gül üzdüm.

Qonaq oldum süfrəsində dağların.

 

Çəkə- çəkə hər çiçəyin nazını,

Ana tprpaq nur içində qızınır…

Aşıq basıb sinəsinə sazını,

vəcdə gəlib sinəsində dağların.

Qızıl günəş,saçlarını səpələ,

Körpə - körpə çiçəkləri öp hələ.

Getmə! Getsən çöllər, düzlər, təpələr

Yatb qalar kölgəsində dağların.

 

Quzeyində qarından pay saxlayar,

Güneyində qızlar dəstə bağlayar.

Dərələri coşar, daşar, çağlayar,

Çöllər gülər nəğməsində dağların.

 

Yamaclardan buxar qalxar tər kimi,

Otlar üstə şeh damcısı zər kimi.

Gün vurduqca əriyirdik qar kimi,

Çalxanırdıq nehrəsində dağların.

..

Dolusuyla göylər bizi daşladı,

Qaçıb girdik daldasına daşların.

Əmim öğlu bir heyratı başladı,

Əli qaldı çənəsində dağların.

1973- cü il.