Şakir Xanhüseyn - torpaq bizim çörəyimiz
Ədəbiyyat
13:26 / 04.06.2026
Baxış sayı: 220
***
torpaq bizim çörəyimiz,
biz də torpağın "çörəyi";
artırıq bir-birimizlə--
biz torpaqla, torpaq bizlə...
taleyimdə soyuq qış var,
yerdə qalmır, itir izim.
iki bədəndə bir cantək
biz torpağın, torpaq bizim...
bax, torpağın üstündə mən
dayana bilmirəm hissiz...
heç misalı, puç misalı
biz torpaqsız, torpaq bizsiz...