Əbülfət  Mədətoğlu : - Fərəhli  günün ŞEİRİ

Gündəm 10:15 / 03.06.2026 Baxış sayı: 439

Gör necə  şıltaqlıq edir

Təbəssümü  də  nazdı, naz...

Ürəyim  yanınca  gedir -

"Ürəyim!" demək azdı, az!

 

 

Qarşıma Günəş tək  şıxdı

Üstümdən  buludu  yığdı...

Kökləyib  köksünə  sıxdı -

Ruhum onunçün  sazdı, saz!

 

Bilir  yaşayan  nəsillər

Şehli ləçəklər əsirlər!

Səninlə  bütün  fəsillər -

O  gündən  mənə  yazdı, yaz!..

 

Ömrün- günün  gərək fidan

Barın dadıb, dərək Fidan!

Sən  bəxş edən , fərəh, Fidan

Doymuram, mənə  azdı, az...