Xatirə Rəhimbəyli - Mən neynirəm...Mənim yolum ayrıdı
Mən neynirəm...Mənim yolum ayrıdı,
Ürəyimdə amma bir ad çırpınır.
Xəyallara dən səpdiyim yerdəcə
Görrəm,küncdə bir cüt qanad çırpınır.
Bir az sığal çəkirəm ki,ovunsun,
Su verirəm gözlərimin camında.
Daşlayıram,huylayıram,incimir,
Uçub getmir ürəyimin damlndan.
Qəfəsini sındırıram yaddaşın,
Xatirələr pərən-pərən tökülür.
Bir də görrəm,qəh-qəh çəkib uzaqda
Ağlın diri bir çınqısı hey gülür..
Yandırıram ürəyimin yaş yerin,
Bəlkə tüstü perikdirə...alınmır.
Öldürəcəm!Mən dəyməmiş görürəm,
Göyərçinim,ayağından qan damır...
Eh.. Neynirəm ki...Mənim yolum ayrıdır...