YAZMADIĞIM GÜNLƏRƏ -Ələsgər Əlioğlu

Ədəbiyyat 22:00 / 29.04.2026 Baxış sayı: 85

 

Boş günlərin ayazından,

Buz bağlayar Arazım da...

Qaşla gözün arasında,

Ölüm gəlib məni haqlar.

 

Yetməz ünüm ötən çağa,

Ha səsləyəm, ha çağıram...

Şimşəyim də vaxtsız çaxar,

Qayıdıb özümü dağlar.

 

O çiçəklər, güllər məni,

Görməz daha gülər məni...

Yazmadığım günlər məni,

Qabağına qoyub ağlar!..

1986