"ŞƏXSİYYƏT OLMAQ XOŞBƏXTLİYİ" adlı yubiley tədbiri keçirildi -AYB-nin Nətavan klubunda
AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə 28 aprel 2026-cı il tarixdə AYB-nin Natəvan klubunda tanınmış ictimai-siyasi xadim, yazıçı, ədəbiyyatşünas alim Yaşar Rzayevin anadan olmasının 85 illiyi münasibətilə "ŞƏXSİYYƏT OLMAQ XOŞBƏXTLİYİ" adlı yubiley tədbiri keçirildi.
Tədbirdə AYB-nin rəhbərliyi,ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalılar, tanınmış şair və yazıçılar,yubilyarın dostları və yaxın qohumları iştirak etdilər.
Tədbiri giriş sözü ilə AYB-nin beynəlxalq məsələlər üzrə katibi, görkəmli şair Səlim Babullaoğlu açaraq yubilyarı təbrik etdi, tədbirdə çoxsaylı iştirakçıların olmasını onun şəxsiyyətinə və fəaliyyətinə verilən yüksək qiymətin nəticəsi olduğunu xüsusi vurğuladı. S. Babullaoğlu iştirakçıların sürəkli alqışları altında AYB-nin Fəxri Diplomunu Yaşar Rzayevə təqdim etdi.Sonra
AYB sədrinin baş müşaviri Rauf Aslanov AYB sədri,xalq yazıçısı Anarın salamını və hədiyyəsini yubilyara təqdim etdi.
Tədbiri AYB -nin Beynəlxalq Tərcümə Mərkəzinin sədri, tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğu ilə davam etdi. Əsəd müəllim yubilyarı təbrik etdi,onun görkəmli ictimai xadim və yazıçı kimi fəaliyyətini yüksək qiymətləndirdi.
Yubilyarın həyat və fəaliyyəti haqqında məruzə üçün söz AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərliyə verildi. Q.Cəfərli yubilyarın zəngin ictimai- siyasi,ədəbi və elmi fəaliyyəti barədə bədii formatda məruzəsini,arzu və istəklərini, təbrikini tədbir iştirakçılarına çatdırdı.
Tədbirdə iştirak edən görkəmli yazıçı , professor Hüseynbala Mirələmov,akademik Sudeyf İmamverdiyev, tanınmış yazıçı, dramaturq Sehran Səxavət, MM-nin Sabiq deputatı Ağakərim Şərifov, dövlət xadimi,sabiq İcra Başçısı Əflatun Rufiyev, ədəbiyyatşünas alim,professorlar Vaqif Yusifli, Yadulla Agazadə və Elman Quliyev, tanınmış şair Ağacəfər Həsənli, filologiya üzrə fəlsəfə doktorları Hafiz Rüstəm və Loğman Rəşidzadə,LDU-nun dossenti, tarix üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova,"Söz" jurnalının baş redaktoru, yazıçı publisist Sevda Əlibəyli, şair və yazıçılardan Yusif Nəğməkar,Ağamir Cavad,Xanlar Həmid,Xatirə Xatun,Hafiz Mirzə, Aydın Xan, Nurəddin Ədiloğlu,Mübariz Süleymanlı,Xalidə Vaqifqızı,Rəfael Həbiboğlu,Simuzər Nüsrətbəyli, Mehman Fərzəliyev,
tanınmış ziyalılar İltifat Rəhimzadə, Şəmsəddin Canıyev və Ənvər Rüstəmov, yubilyarın qardası Rəfael Rzayev,yaxın qohumları,həmdə peşəkar tibb işçiləri Taleh Məmmədov və Vüqar Əliyev, yubilyarın nəvəsi,AMEA-nın Lənkəran Elm Mərkəzinin əməkdaşı Nəzrin Əlizadə çıxış edərək yubilyara ürək sözlərini və təbriklərini çatdırdılar.
Tədbirin sonunda yubilyar Yaşar Rzayev çıxış edərək AYB rəhbərliyinə,tədbirin təşkilatçısı olan AYB Lənkəran Bölməsinə, tədbirin hazırlanmasında zəhməti keçən hər kəsə,tədbirdə iştirak edənlərə səmimi təşəkkürünü, minnətdarlığını bildirdi.
Tədbir xatirə şəkilləri çəkilməklə sona yetdi.




