Sevil  Azadqızı - İlahi, eşit məni,

Ədəbiyyat 22:54 / 29.04.2026 Baxış sayı: 109

İlahi, eşit məni, sənsən edən hər əlac,

Ya kəs bu sızıltını, ya da bu canı bitir,

Bu nə sonsuz əzabdır, ruhum sümükdə itir.

Bir uçrum kənarında yenə asılı qalmışam,

Məni ya özünə çək, ya da boşluğa yetir.

Hər nəfəs bir tikan tək ciyərimdə göynəyir,

Taleyim gəlib keçmiş günlərimi çeynəyir.

İlahi, bu imtahan, yoxsa qəza-qədərdir?

Ağrı qandan süzülüb, varlığımı deşir, hey...

Nə torpaq qəbul edir, nə göy açır qoynunu,

Mən necə tamamlayım bu ağrılı oyunu?

Ya yaşat, eşitməyim içimdəki fəryadı,

Ya öldür, bitir artıq bu ömrün yozumunu.

Səssizliyim səs salır ərşin uca qatına,

Məni min bir yara tək bağlamısan zatına.

Bir çarə qıl, ey Allah, ya işıq ver, ya zülmət,

Möhtacam bu gecənin ən son mükafatına.

Ağrıların əlindən ya öldür, ya da yaşat...ı

29.04.2026