Musa Yaqub - Bu dünyanın qara daşı göyərməz.
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb.
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Nə o ocaq közerəsi,sönəsi,
Nə o günlğr bir də geri dönəsi....
Qəm eləmə,könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
O gülyanaq bənddi bir xoş baxışa,
Körpə budaq əl açıbdı yağışa
Min baharın hərarəti yığışa,
Bu dünyanön qara daşı göyərməz
Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb,çalxalanmaz dənizim.
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.