"Xankəndidə qondarma "seçkiləri”n heç bir hüquqi əsası yoxdur" - Avropa Şurasının Baş katibi

Çap versiyası 11:59 / 11.09.2023 Baxış sayı: 5271

"Xankəndidə qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsası yoxdur".

Yenises.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç-Buriç "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır. Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa, sülhü bərpa etməyə çağırır. Avropa Şurası bunları dəstəkləməyə hazırdır", - Mariya Pejçinoviç-Buriç əlavə edib.