Xanım İsmayılqızı- Gecə - ömrümün yarısı
Gecə - ömrümün yarısı,
Yağış - dərdimin parası.
Payız - kədərimi geyən,
Qış - qapımı qəfil döyən.
Ulduz - əlçatmaz arzumdu,
Şeir - oğlumdu, qızımdı.
Sirdaş - qəlbə yuva salan,
Övlad - məndən mənə qalan.
Sevgi - qəfil itirdiyim,
Ömür - başa yetirdiyim.
Arzu - uzaqda qalanmış,
Vüsal - sən demə yalanmış.
Dost - hərdən xəyanət edən,
Gənclik - məni atıb gedən.
Dünya - yaşamaq həvəsi,
Həsrət - ömrün son nəfəsi.
Ölüm - başıma dolanan,
Anam - hər dərdimə yanan.
Cənnət - toxunulmaz nəfəs,
Bədən - ruhumuza qəfəs.
Nəğmə - könül pıçıltısı,
Söz - ürəyin çırpıntısı.
1996.