Vasif Süleyman -  YIXIR

Ədəbiyyat 14:12 / 16.04.2026 Baxış sayı: 244

 

Havalı ürəyin istisi, hanı…

Məni gözlədiyim bir muraz yıxır.

Özümüz yıxmışıq bu xanimanı,

Fələk dediyimiz vallah, az yıxır.

 

Beləmi yaradır insanın ağlı,

Səltənəti uçuq, taxtı dağılı.

Olan ürəyimdir - qolları bağlı,

Olmayan küməmi nə taraz yıxır…

 

Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,

Bəlkə Yaradana deyəsiz...qalıb.

Bir halal sevgidir, yiyəsiz qalıb,

Məni qürur yıxır, onu naz yıxır.