Vasif Süleyman : - Yarəb...

Ədəbiyyat 21:40 / 03.02.2025 Baxış sayı: 878

 

Uçuldu xaniman, dağıldı oda,

Özün ki, yazmısan baxtımı, Yarəb…

Ömrün qalanına bir dəli sevda,

Sən bilən azdımı, çoxdumu, Yarəb…

 

Göylərin ahına naləm qarışıb,

Hardasan, nəşəyə ələm qarışıb.

Bir az aşağıda aləm qarışıb,

Bizlərdən xəbərin yoxdumu, Yarəb…

 

Qaraca günlərdi, belə bax, tanı,

Ötüşən ömürdən adam utanır.

Yaşın bu vədəsi gələn butanı,

Sənmi göndəribsən, haqdımı, Yar