VAQİF OSMANOV -ŞƏHİD BAYATILARI
Ananın nəri - şəhid,
Bacının şiri - şəhid.
Bir gözəlin sevgisi,
Qəhrəman əri - şəhid.
Oğulun xası - şəhid,
Bacı arxası - şəhid.
Qiyamətə qalmasın,
Elin qisası, şəhid.
Qardaş bacının piri,
Adı dillər əzbəri.
Şəhid qargaş məzarı,
Bacının vəfa yeri.
Şəhid, ümid mərdədi,
Qurtuluş zəfərdədi.
Cismin ana torpaqda,
Ruhunsa səngərdədi.
Ata qüruru - şəhid,
Məzarın nuru - şəhid.
Tezliklə göstərərik,
Düşmənə zoru, şəhid.
Atanın təni - şəhid,
Ananın dini - səhid.
Ancaq kasıbmı çəksin,
Vətən dərdini, şəhid?
Ağrıyır haran, şəhid,
Sağalar yaran, şəhid.
Bütöv Vətən olarıq,
Ruhu nigaran, şəhid.