Trampdan hücumdan sonra ilk açıqlama: Güclü qanaxmam var idi

DÜNYA 09:11 / 14.07.2024 Baxış sayı: 3470

 

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində “güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.

Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.(pravda.az)