TƏBRİK!

Gündəm, Ədəbiyyat 22:08 / 06.08.2026 Baxış sayı: 434

 

 

Bu gün, yəni  avqustun 8-i  onun  dünyamıza  gəldiyi  və  artıq 3 ildir  bizi sevindirdiyi  tarixdir. 3 ildirki, biz – onu  sevənlər, gəlişinə  sevinənlər  Fateh  işığında  doğum gunünü  qeyd   edirik. Ömrümüzün  dadı-duzu, balı- şəkəri, dilimizin  sözü, könlümüzün  sevinci  Fatehdir. Bu  xoşbəxtliyi bizə  bəxş  edən  Allaha  minnətdarlıqla  bizdə  onun  üçün  dua  edir, atalı-analı  böyüməsini  diləyirik!   Allah  onu  sevənləri  və  sevdikləri  üçün  qorusun. Sayılıb-seçilən  FATEHLƏRDƏN  biri  olsun!

Fatehi   doğum  günü münasibət  ilə  qardaşı Atilla, bacıları  Nigar, Aysu  və  Nərgiz, atası, anası, dayısı  Babək, bibisi  Fəridə, xalası Nilufər, əmisi Anar, nənəsi  Zərnigar  və babası   Əbülfət   Mədətoğlu  ürəkdən    təbrik  edir  və  onu  öpürlər. Allah  qorusun!

 

Gəlişinə sevindiyim  bu  günü

Yaddaşıma  ÜRƏK! - deyib, yazmışam.

Sənin  üçün  qurulacaq  düyünü -

Hamılıqla  GÖRƏK! -  deyib, yazmışam! 

 

Dünya  geniş, bizə  düşən  bircə lək,

Sən  Vətənin  şərəfini önə   çək!

Bərəkətin  ən  müqəddəs  rəmzi  tək -

Halal  olsun, ÇÖRƏK! -  deyib  yazmışam.

 

Dəyişsə  də  mən gördüyüm  bu  dövr,

Ümidlər  də  sənlə  birgə boy  verir...

Ad  günündə  dinlə,  baban nə  deyir: -

Yurda  FATEH  GƏRƏK! – deyib   yazmışam!