Əlirza HƏSRƏT -  SALAVATI ŞEİR QADIN

Ədəbiyyat 13:45 / 06.08.2026 Baxış sayı: 505

 

 

Zikr eləyib namaz üstə,

Nə gözəl baş əyir qadın.

Tanrı eşqidir duası,

Salavatı şeir qadın.

 

Həmdəm sandım koğuşları,

Ahım hürkütdü quşları.

İşıq tutub göz yaşları,

Haqq qapısı döyür qadın.

 

Tanrıya tutub üzünü,

Unudub dərdi,hüzünü.

Namaz əhlidir,özünü,-

Mələk kimi öyür qadın