Tənha adamin nağılı - Saqif Qaratorpaq

 

Ədəbiyyat 14:34 / 05.08.2026 Baxış sayı: 551

 

Dedin ki,gələcəm...cıxmışam yola,

Səni gözləyirəm...niyə gəlmirsən?

Səni gözləyirəm gör neçə ildi,

Səni gözləyirəm görüş yerində,

Yayın istisində,qışın qarında,

Quşlar yuva qurub budaqlarımda...

Səni gözləyirəm,heyif,bilmirsən...

Yığışdı əl-ayaq,çəkildi hamı,

Hər kəs öz evinə,öz ocağına.

Ata əzizləyir öz balasını,

Ana layla deyir öz cocuğuna,

Səni gözləyirəm görüş yerində.

Səni gözləyirəm,əllərimdə gül,

Səni gözləyirəm gör neçə ildi...

Gəlmədin...o gülü gözləri qara,

Balaca,qıvrımsaç bir qıza verdim,

Dedim ki,nə vaxtsa bizim də belə,

Qaragöz,qıvrımsaç qızımız olar,

Yapışıb o qızın toppuş əlindən,

Bir gün məktəbə də apararsan sən...

Heyif,niyyətimiz çin olmadı heç,

Sənin gözlərini,mənim qəlbimi

Güldürən qızcığaz doğulmadı heç...

Öldü ürəyimdə gör neçə arzu,

Öldü ürəyində gör neçə istək...

Səni gözləyirəm görüş yerində,

Səni gözləyirəm gör neçə ildi,

Budağı qurumuş tənha ağac tək...

02.04.2025