Aysel Xanlarqizi Səfərli  - Mən atamın on il öncə

Gündəm 14:17 / 23.07.2026 Baxış sayı: 378

Mən atamın on il öncə

bu dünyada tərk etdiyi,

Öz qızıma can deyəndə kövrələn söz,

saçlarımda

görmədiyim ana əli...

Mən doğmanın bacı deyib

kor gördüyü,

insanlığın dəfn etdiyi məzar gülü...

İzdihamda yalqızlaşan, sahilindən

uzaqlaşan bir dənizəm -

dərinində boğulduğum,

Mən atama doqquz ayda yol gələrək

anasız,tək doğulduğum...

Dostlarından yalqız qalan,

köksü varkən qolsuz olan

bir qucağın tamarzısı...

hər gün məzar yatağının kürəyinə söykəndiyi

bəxt yazısı...

Bildinizmi indi kiməm? oxunmamış bir hökuməm...

qalxım gedim yerdən daha,

yer də dözməyir yükümə...

yer da dözməyir yükümə...