MÜRACİƏT - Ələddin Əzimli

 

Ədəbiyyat 13:45 / 05.08.2026 Baxış sayı: 526

 

qəddsrcasına sökülən,

sətirləri, sözləri yarpaq-yarpaq

kitablardan, yaddaşlardan tökülən,

əzaları qara bazara çıxarılan, Şeirlərim!

Qışqırmayın,

imdad diləməyin sökücülərdən.

Onsuz da eşidilməyəcək səsiniz,

işğal olunacaq sözünüz,

təntiyəcək nəfəsiniz.

Dünyanın iki qapısı var-

biri giriş, biri çıxış.

Sözün isə mənası, anlamı çox,

güləni az, ağlayanı çox.

Kömək gözləməyin məndən,

lap bir addımlığınızdan keçəndən,

hətta, İlahidən belə.

Vaxt gələcək

bu müraciət sahibi də

dünyadan köçəcək.

O vaxt Sizi kim əzizləyib,

arxanızda duracaq, bilmirəm ?!

Məndən nəsə ymmayın,

taleyinizdə, alın yazınızda varsa,

yüz illər öncənin Şeirlətitək

haçansa çıxacaqsınız üzə,

oxunacaqsınız.

Yalnız və yalnız arxalanın qismətinizə.

Amma buna da əmin deyiləm.

Ey,

əziz, doğma, təmiz

rjhumdan qopan Şeirlərim,

bəmbəyaz, rahat cığır,

sabahlara aparan nurli yol,

səbr və təmkin diləyirəm Sizə!

İnciməyin, son anda

gücüm buna çatır ancaq,

varım, yoxum,

doğma, əziz Şeirlərim!!

SAYĞILARLA, ƏLƏDDİN ƏZİMLİ.

SAĞLIQLA QALIN, ŞEİRLƏRİM !!

03 AVQUST 2026.