"Təbii   fəlakətin  qarşısını almaq mümkünsüzdür:" - Tahir Rzayev, millət  vəkili

İqtisadiyyat 09:08 / 14.08.2025 Baxış sayı: 4714

Son günlər ölkəmizdə hava şəraiti əsasən yağıntılı keçir. Bu cür iqlim dəyişkənliyi, təbii ki, kənd təsərrüfatı məhsullarına da təsir göstərməyə bilməz. Qarşıdakı günlərdə yağışlı hava şəraitinin davam edəcəyi bildirilir. Bu təsirlərin hansı istiqamətdə davam edəcəyi və kənd təsərrüfatına necə təsir göstərəcəyi maraq doğuran əsas məqamlardandır.

Yenises.az  xəbər  verir ki,  soydaşlarımızı  narahat  edən  mözzuyailə millət  vəkili i Tahir Rzayev  münasibət  bildirib.Onun sözlərinə görə, təbii fəlakətlər, zəlzələlər, daşqınlar və sel suları təsərrüfatlara çox ciddi ziyan vura bilir:

“Belə bir dövrdə, əlbəttə ki, yağışların normadan artıq yağması təsərrüfatlar üçün faydalı deyil. Çünki artıq bir çox otlaqlarda biçin aparılıb, müəyyən dəmyə ərazilərdə, sözsüz ki, biçilməmiş taxıl sahələri var. Digər tərəfdən respublikada xeyli sahədə 100 min hektardan çox sahədə pambıq əkilir. Belə bir vaxtda sel sularının və daşqınların olması təsərrüfatlar üçün bir o qədər faydalı deyil”. 

Millət  vəkili  vurğulayıb  ki, bunun qarşısını almaq mümkünsüzdür:

“Çünki bu, təbii fəlakətdir. Ancaq yağışlar normal yağarsa, sözsüz ki, bu, indiki vaxtda havaların belə isti keçməsi şəraitində təsərrüfatlar üçün faydalı ola bilər. Bu, həm otlaqlar və əkin sahələri üçün, həm heyvandarlığın inkişafı üçün çox faydalıdır, həm də havanın təmizlənməsi və ekologiyanın saflaşdırılmasıdır”. 

“Qabaqlayıcı tədbirlər görmək bir çox hallarda mümkündür. Yəni doğrudan, sel-suların gəlməsi təlatümü varsa, o vaxt ətrafda müəyyən kanallar çəkilə bilər. Suayırıcıları salına bilər ki, bu da təsərrüfatlara ciddi ziyan vurmasın”, — T. Rzayev əlavə edib.