Xatirələr - Şahverən Cavad
Nə vaxtdır , ömrümə yol gəlir payız ,
Bu bahar ruhumu heç vaxt yenmədi .
Hər gün çiliklənir zamanın ruhu ,
Vüqarım güzgü tək çilıklənmədi .
Sevgi limanıydı bir vaxt ürəyim ,
Bir eşqə köklənmiş nəğmə seliydin .
Sahildən çəkilən dəniz tək getdin ,
Xatirə dənləyir quşlar , hələ də .
Mənimlə ərköyün döngənizin də
Gizlənpaç oynayan vaxtları vardı .
Göyləri əzərdi çinar vüqarım ,
Leylək yuvasına döndü çinar da .
Sevgimiz ətçə quş balası kimi ,
Hələ də üşüyür görüş yerində .
Sirrimi qorüyan qarı tutumuz ,
Nənəm tək köçəcək günün birində .
29 . 04 . 2026