T Ə B R İ K

YAZARLAR 21:50 / 19.03.2026 Baxış sayı: 175

 

Novruz və Ramazan bayramlarının gözəllikləri ilə süslənmiş ovqatda hər kəsə salam olsun.

Dəyərli yurddaşlar, soydaşlar, doğmalar, qohumlar, dostlar, əzizlər, hər birinizi Zəfər qüruru ilə dalğalanan Bayrağımızın şöləsində, qutsallaşan əbədiyyət unvanlı şəhidlərimizə rəhmət, qələbə qoxulu qazilərimizə sağlam səhhət diləyi ilə baharın gəlişi - Novruz Bayramı və ilahi nura boyanan, şəfqət-mərhəmət ayının hikmət təntənəsini özündə ehtiva edən Ramazan Bayramı münasibətilə təbrik edirəm!

Necə deyərlər, bayram-bayrama qarışıb... Bayramın mahiyyəti yenilənmək, yaşantılara rəğmən ümid dolu sabahların müjdəsi, ülviyyətdir ki, qoy təbiətin tər nəfəsində və orucluq feyzini yaşamaq səadəti, "Qədr gecəsi" fəziləti, səmavi kitab-Quranın nazil olma qutsallığının bəxş olunduğu aylar sultanının bərəkət və mübarək işığında hər birimiz aydınlıq içində olaq!

Yetişibdir bahar, novruz,

Şamlar yanır ulduz-ulduz.

Bu işığa ümid sonsuz...

Üzə gülür tər səməni.

Gur çatılsın tonqalımız,

Yansın odda dərd-ağrımız.

Xonçalanıb ocağımız,

Yola salıb dörd çilləni.

Baharın gəlisi yurdumuza düşərli olsun. Qəlblər fərəhlə, sevinclə dolsun. Hər kəsin üzünə səadət gözüdolu gülsün. Zamanın yaz axarı evlərə ruzi-bərəkət, şadlıq gətirsin. Sizə sağlamlıq, xoş güzəran, firavanlıq, diləyilə, bayramlarımız mübarək!

Qoy dünyada əmin-amanlıq olsun! Tanrı dövlətimizi, millətimizi, Azərbaycanımızı qorusun!

✍️ Bayram ovqatı ilə:Tapdıq ƏLİBƏYLİ