Xatirə Rəhimbəyli -  Ürəyinizə

Ədəbiyyat 10:42 / 19.03.2026 Baxış sayı: 88

Deyim ortalığa ,bəlkə də çatdı

Sözümün sədası ürəyinizə.

Divin xəlbirimi,yapışıb qalmır,

Bir eşqin sədası ürəyinizə

 

Nə yaman nazilib təbiniz sizin,

Təpəri,dözümü yox qəlbinizin.

Yamanca tez dəyir sevdiyinizin

Nazının hədəsi ürəyinizə.

 

Yüz dəfə"sevən"var,bir yol ölmədi,

"Sevdiyi"yüzündən biri gülmədi.

Birinin hicrinə tab gətirmədi,

Məcninun qadası ürəyinizə...