Şakir Xanhüseyn - ƏLİ KƏRİMİN XATİRƏSİNƏ
Ey Göyçayda tənha şair məzarı,
qaldır ayaq üstə Əli Kərimi...
Danış, danış görüm, xatirəsi var
hər kəlmədə, sözdə Əli Kərimin...
Əsl söz ünvanlı bir məbəd-ocaq;
bax diri, diricə Əli sözünə...
Bəzən ürəyimdən bir nida qopur:
o uca şairin yürü sözünə;
Bir dəfə, beş dəfə yox, daim yürü,
sürətdə, cürətdə sabitqədəm ol.
Sözü hədəfləyib söz sərrafları
bir məzar üstə hey uzadarlar yol...