Gültəkin Mərcanlı -  Novruz gəlir

Ədəbiyyat 22:00 / 19.03.2026 Baxış sayı: 125

 

Bahar gəlir ellərə,

Nəğmə düşür dillərə,

Lalə, nərgiz, bənövşə,

Yaraşıqdı çöllərə.

Süfrələrin bəzəyi,

Xonçaların özəyi,

Səməninin belində,

Var qırmızı gözəyi.

Nimçəyə şam düzülür,

Qaysılı aş süzülür,

Bu gözəl mənzərəyə,

Baxdıqca üzlər gülür.

Həyətdə tonqal yanar,

Ətrafa alovlanar,

Cürbəcür rənglər ilə,

Yumurtalar boyanar.

Paxlava, şəkərbura,

Şorqoğal, badambura,

Bənzəri ay- ulduzun,

Simvoludur novruzun.

19.3.2026