Yadigar Təvəkgul - Bu daş ürəyində yuva qurmaga
Bu daş ürəyində yuva qurmaga,
Dilimin ucunda söz gətirmişəm.
Sevgi məhəbbətdən mayalanmaga,
Eşqin ocağından köz gətirmişəm,
Ruhumu etmişəm buludlara tən,
Bir süfrə qurmuşam səadətindən.
Bir ovuc özumdən,bir ovuc səndən,
Şəkər gətirmişəm,duz gətirmişəm.
Məhəbbət odunda çay dəmləmişəm,
Könlümü eşqinlə rəndələmisəm.
Bu mən ,bu da şeir özum gəlmisəm,
Sevdamı ünvana düz gətirmişəm.
Üfürüb-üfürüb alışdırmışam,
Könlümü sevginlə danışdırmışam.
Qələmi vərəqlə tanışdırmışam,
Sənə şeir adlı qız gətirmişəm.