Səhər Ətri : - Ətri mənəm
Səni qınamıram, hər gün içdiyin
O bal dadan zəhərin ətri mənəm...
Ömründə sarmaşıq kimi kök salan
Oxşanan hər qəhərin ətri mənəm.
Şükr elə ki, qucub məni həsrətin,
Ətrimi qoxlamaq çox deyil çətin.
Sənə əziz olan bu vilayətin
Sənə doğma şəhərin ətri mənəm.
Gecə-gündüz yad eyləyirəm səni,
Çox şanslısan, bəxtin gətirib sənin.
Qoxusuyam çox sevdiyin gecənin,
Çox sevdiyin səhərin ətri mənəm.
8.10.2024