Saqif Qaratorpaq : - QAYIT...
Buluddan nəm çəkən
Qala divarıyam,
Bürcü sökülmüş,
Sinə gərdiyim döyüşlər
Tarixin xarabalığına gömülmüş...
Şahidim üzümdəki qırışlar.
Yolları kol basmış,
Çığırları ot.
Kimsə xatırlamaz məni,
Başımdan əskik olmaz
Dumanım,çənim.
Uzundu
Gözlərimdəki kədərin hekayəti,
Səbrin çatmaz dinləməyə...
Sus...
Bilirsənmi,nələr pıçıldayır küləklər,
payız çiçəklərinə...
Dağlara qar tez yağır...
Qayıt...