Saqif Qaratorpaq - Özümüz yandırmışıq...
Özümüz yandırmışıq,
nə körpü ,nə də yol var.
Bənövşə köçüb gedib,
yerində quru kol var...
İndi həsrət tor qurub
ürəyimin başında.
Hər gecə boğuluram
gözlərimin yaşında.
Bir qara şırım çəkib
yaddaşımdan ayrılıq.
Ha çırpıram,tökülmür
üst-başımdan ayrılıq...
Həyat elə amansız,
unudulur solan gül...
Səndən son xatirədi
bir sevda,bir ovuc kül.