Saqif Qaratorpaq : - Çətini sevənəcəndi,

Ədəbiyyat 12:57 / 07.08.2025 Baxış sayı: 2731

Çətini sevənəcəndi,

sevdinsə,bitmisən demək.

Daha qayğısız günlərə

sonuncu nöqtədi ürək.

 

Özün arxasan özünə,

ən sadiq dostundu kədər.

Götür bu dağı çiyninə,

daşı son mənzilə qədər.

 

Bir kimsə xəbər tutmasın,

Öz içində boynunu bük.

Oğurluq etmiş uşaq tək

qorxa-qorxa boylan,döyük.

 

Görüb qoşa gedənləri.

gizlicə köksünü ötür.

Bir ümidin işığına

aldan,bitənəcən ömür...