Şakir Xanhüseyn : - ÖZÜNƏ QƏSD

Ədəbiyyat 08:54 / 09.12.2024 Baxış sayı: 1155

 

Qapı açdığında heç də tələsmə,

elə bir az tələs, əl-ayaq elə...

Evdə darıxanda, çöldə bezəndə

şeiri özünçün bir dayaq elə...

 

Könüllü əsirsən, yəni tam sərbəst,

bəzən bir fikirdən, bir sətirdən məst...

Nədir e bu yazmaq- bu özünəqəsd,

əsl niyyətini s ə n bəyan elə!

 

Axı, ürəyin var deməyə haqqı,

yandır ümidində sönən çırağı...

Qaldır başın üstə bir ağ varağı,

bütün qaraları ağ boya elə!