Aləmzər Sadıqqızından İKİ ŞEİR
Ozan qız...
Yağış yağır Göy ələyir dərdini,
Ancaq heç nə ürəyimi ovutmur.
Göz yaşlarım ürəyimi isladır,
Yağış yuyur...Günəş yoxdu qurutmur...
Külək döyür pəncərəni bayaqdan,
Bu sevgiyə ruhum nəsə boyanmır...
Tutunmağa bircə dənə səbəb yox...
Ölüb bütün xatirələr oyanmır...
Necə açır gözlərini sabaha...
Gündüzləri , gecələri ozan qız,
Adam yoxdu sirr sözünü danışsın,
dərd-sərini vərəqlərə yazan qız .
15.4.2025.
Düşüb...
Yenə arzularım pərən-pərəndi...
Yenə xəyallarım düyünə düşüb...
Mənim gözlərimin ölmək həvəsi,
Ömrümün "ən gözəl gün"ünə düşüb.
Yumub gözlərimi "pis yuxu" gördüm...
Açdım gözlərimi dizimi döydüm..
Saçımı gah qara, gah da ağ hördüm...
Bəlkə də dedilər gününə düşüb...
Çəkirəm başıma bu zəhər ömrü,
Yazdım sətirlərə "birtəhər ömrü"
Bəlkə də dünyanın ən hədər ömrü,
Dünyanın ən gözəl gülünə düşüb...
Daha ürəyimi yeyən deyiləm...
Daha yaxşıları öyən deyiləm...
Dünyanın ən mələk qızı deyilən,
Şeytanın min illik felinə düşüb...
15.4.2017.