Şakir Xanhüseyn : - DÜNYAYA SƏSLİ GƏLİB   SƏSSİZ GEDƏNLƏRİN XATİRƏSİNƏ

Ədəbiyyat 08:37 / 15.08.2025 Baxış sayı: 2007

 

(AMMA İZSİZ olmur ONLAR)

səs necə kəsilir,

ağac kimimi?

bir şüy budaq kimi,

ya yüzillik bir palıdsayağı?

bir qapıdan əl

necə kəsilir, axı,

adamın ayağı

öz yuvasından,

doğma el-obasından

necə kəsilir?

adamın ümidi necə kəsilir;

iti bıçaqlaml, küt baltaylamı?

hələ də sirr,

adamın nəfəsi necə kəsilir,

ağzında sözü necə kəsilir...

eşitmişəm, bilirəm

başları pambıqla da kəsirlər

qanatmadan,

ağlatmadan, xırıldatmadan-

kimisə qanına bulaşdırmadan,

ey can...