Şakir Xanhüseyn : - "Bazar" guşəsi
***
ey işıqlı dünya,
xəyalsan, nəsən,
sanki öz başına dolanan bir pərvanəsən...
daim istəyirik , işıqda olaq,
işıqda qalaq...
Bir dəstə
kəndiri kəsilmiş
quyunun üstə...
burda divlər yatmayıb, oyaq.
burda gözəllər
divlərin dizinə baş qoyub uyuyur, bax...
ey işıqlı dünya,
işıq arzumsan,
adını çəkmək belə
qüvvədi ürəyimə.
bilirsənmi,
balalarını özü atır əjdahaların ağzına
simurq quşu;
nə qa dərdi var, nə qu...
...həmişə qaranlıqda,
ey işıqlı dünya!