Şahnaz Şahin : - QARA CİYƏRİNLƏ GÜLÜMSƏ
Esse
Imkanları hüdudsuz, vəzifəsi nəhəng beyin!.. Bir az kobud şəkildə bunu insanın bütün fiziksəl və zehinsəl həyatının asılı olduğu mükəmməl aparatı da adlandıra bilərik. Gözəgörünməyən fikirlərdən tutmuş hər şey bu incə aparatda analiz edilir, nəticə çıxarılır, qərarlar qəbul edilir. Əsrlərcə öyrənilməsinə baxmayaraq yenə də sirli qalan beynin adi halda çox cüzi bir hissəsindən istifadə edə bilirik. Bir film izləmişdim, şəxsin bədəninə məcburi yerləşdirilən və cüzi bir hissəsi dağılaraq qana keçən psixotrop maddənin təsirindən beyin yüksək işləmə fazasına keçid alır. Beyin aktivliyi yüksəldikcə insanda indiyədək gizli qalan bacarıqlar meydana çıxmağa başlayır, ağrı hissi yox olur, görmədən görə, eşidə bilir, ən nadir tibbi cihazların aşkar edə bilmədiyi xəstəliyi və onun fəsadını təyin edir. Yaddaşı son dərəcə güclənir, məsələn, bir neçə dəqiqədə qalın elmi əsərləri “oxuyub başa çıxır və yadda saxlayır... Sanki bir ömrü bir günə, bir neçə saata sığdırır və ən yüksək həddə cism olaraq əriyib yox olur...
Sevgili peyğəmbərimiz “təbəssüm də sədəqədir” deyirdi, salamı da təbəssümlə verməyi məsləhət görürdü, nakam şair M. Müşviq isə “ Yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək..” deyə insanları pozitiv olmağa, həyatı sevməyə səsləyirdi. Bəs nədir təbəssüm? O necə yaranır, nədən yaranır və özü nələri yaradır?..
Üz əzələlərinin mimik dəyişməsi olmazdan öncə, beynin işidir təbəssüm. Bir çox əməllərin sonucu olan daxili rahatlıq hissindən insanın içi də, çölü də şəfəqlənir. Təbəssüm qonur gözlərinə, dodaqlarına, dərisi belə bu zaman nur saçır.. Siz yuxuda gülümsəyən bir uşaq təsəvvür edin, heç bir qayğısı, fikri, narahatlığı olmayan, bəxtəvərcəsinə gülümsəyən bir uşaq... Böyüklər də belə gülümsəyə bilirmi!?..
Emosiyalar, onların orqanizmin işinə, insan sağlamlığına təsiri ta orta əsrlərdən öyrənilməyə başlamışdır. Qəzəb və kin qara ciyərin işinə mənfi təsir göstərir, öd kisəsində sıxılmalar yaradaraq ödün hərəkətini artırır, beləliklə həm də insanın immun sistemini zəiflədir.Sevinc duyğusu daxili sekreiya vəzilərində xoşbəxtlik hormonu sayılan serotonin ifrazını stimullaşdırır, bu zaman ürək və qan-damar sisteminin işinə ahəng qatır. Qorxu hissi böyrəkləri, narahatlıq mədə-bağırsaq sistemini zəiflədir, hiss-həyəcanın dalğası isə birinci ürəyi və qan-damar sistemini “vurur..” Kədər isə ağ ciyərlərin düşmənidir. Anam deyərdi ki, dərd dərdi, sevinc sevinci gətirər...
Bir də görərsən ki, dağ döşündəsən,
Yığılıb üst-üstə dağ olub dərdin.
Kefinin kök vaxtı vecinə gəlməz,
Acığı tutanda şapalaq dərdin.
Atmaq istəyərsən, ürəyin gəlməz,
Satmaq istəyərsən, alıcısı yox.
Çiynini donnqardar, belini əyər,
Kömürdən seçilməz ağappaq dərdin...(Ş.Ş)
Əlbəttə, deyə bilərsiniz ki, bunlar hər biri insana aid hissdir və bunsuz keçinmək olmaz, düz düşünürsüz, mən də hamı kimi bu hava okeanında yaşayıram və saydığım hisslər mənə də aiddir. Amma mən bu duyğuların normadan artıq olmsının əleyhinəyəm. Gülümsəmək təkcə üzü gözəlləşdirmir, dərinin rəngini durultmur, həm də bu daxili rahatlıq, özünə inam yaradır. Təbəssüm insan üzünə yaraşan ən mükəmməl makiyajdır, bir şərtlə ki, o da daxildən gələ...
Təbəssümün yanından dahilər də səssiz ötüb keçməyib, onu hər biri öz bildiyi kimi dəyərləndirərək sevdirməyə çalışıb. Tolstoya görə təbəssüm Günəş işığına bənzəyir, Mövlana göz yaşlarının da sonrakı təbəssümün yollarını təmizlədiyini bildirir, Qrin fırtınalı göydə yaranan göy qurşağına bənzədir, Hüqo isə məsləhət görür ki, gülümsəmək üçün xoşbəxt olmağı gözləmək lazım deyil, düşünün ki, gülümsəmədən ölə bilərsiniz...
Şirin dil, saf təbəssüm insana həm də Allahın lütvüdür, acı dil, qaşqabaqlı adamla münasibət qurmaq da çətin olur. Elə bu cür adalmarın özləri də az əziyyət çəkmir bu müstəvidə. Kifayət qədər atalar misallarımız da var gülüş, təbəssüm barəsində:
-Şirindil adam beş evi yeyər, acıdil isə heç bir evi də yeyə bilməz.
-Canımı al, amma gülə-gülə.
Bir səmimi təbəssümlə dağ boyda dərdi əritmək olar... “Ferrarisini satan rahib” əsərində Robin Şarma gülüşü yüksək dəyərləndirir:
-“ Gülmək ruhiun dərmanıdır, içindən gəlməsə belə, bir aynaya bax və bir neçə dəqiqə gül..,özünü xoşbəxt hiss edəcəksən.” Lap elə o məşhur mahnıda deyildiyi kimi:
..”Bir sevinc tap özündə,
Belə qəmli dayanma...”
Atalardan qalma belə məsəl var, deyirlər sirkə tünd olarsa öz qabını çatladar. Qəzəbi, kin və nifrəti həmin sirkənin yerində təsəvvür edin, axı sirkə məcazi məna daşıyır! Ətrafına yaydığı mənfi enerji payı bir yana, ilk ziyan çəkən də elə insanın özü olur, öz bədən orqanlarına dəyir zərbə... Amma sağlam gülüş və saf təbəssümlə həm özünü, həm də ətrafında olan insanları qoruya bilər.
Təbəssüm də musiqi kimidir, şeir kimidir, dinlədikcə yüngülləşirsən, yamyaşıl budağıdır həyatın, təptəzə pöhrəsidir ağacın, yazda ilk gözə dəyən qızılgül tumurcuğudur... dinləyin, qoruyun, qoxlayın... Bütün ürəklərə düşən tək açardır təbəssüm, icazə gözləmədən keçib əyləşə bilərsiniz...
Hərdən lap “Həmin o Münhazen” filmindəki məşhur ifadəni xatırlayın və “gülümsəyin, cənablar, gülümsəyin..!”
Bəlkə xətrinizə dəyən olub, əşşi unudun getsin! Stresləri, sıxıntıları menyunuzdan çıxarmağa çalışın, bir neçə dəqiqəlik təkliyə çəkilin, özünüzlə danışın, özünüzü dinləyin.., bəlkə elə o, sizə bu məşhur sözləri pıçıldayır:
“Mən bilirəm xatirinə dəyiblər,
Unut mənim xatirimə, gül bir az..”
Hamı xoşbəxt olmaq istəyir, qəmi, kədəri sevmir, amma göy qurşağı yağış yağmadan olurmu!?..Ətrafınıza keçilməz hasarlar çəkməyin, özünüzü xoşbəxt olmaqdan çəkindirməyin, xoşbəxt olmaqdan, bəxtəvər görünməkdən qorxmayın, gülümsəyin.. Bütün əzalarınızla, lap elə qara ciyərinizlə gülümsəyin..., gülümsəyin.., gülümsəyin...
Şahnaz Şahin
QARA CİYƏRİNLƏ GÜLÜMSƏ