Sahibə Yusif :- Bəlkə də sənin üçün

Ədəbiyyat 09:46 / 14.08.2025 Baxış sayı: 2004

Bəlkə də sənin üçün

Bu sevgi bir suç idi.

Ağla, tənha otaqda,

Dizlərini quc indi.

 

Kimə lazımsan, qadın?

Varmı sənə ehtiyac?

Səni incidən sənsən,

Bacarsan özündən qaç.

 

Səni əldən salanlar,

Səni ələ salırlar.

Əzabından, acından,

Gör necə kam alırlar.

 

Kor qalmış arzuların,

Bir nankorun naxşıdı.

Haqqın var danışmağa,

Amma susan yaxşıdır.