Şahbaz Xuduoğlu: “Belə davam edərsə, bir neçə ilə Azərbaycan kitabı...”
“Biz “Təkərli kitab” layihəmizi Bakı Beynəlxalq Kitab Sərgisində təqdim etdik. Orda hörmətli mədəniyyət nazirimiz Adil Kərimli də iştirak etdi, tanış oldu”
Yenises.az bildirir ki, bunu Ədalət.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib. Ş.Xuduoğlu bu cür kitab sərgilərinin keçirilməsinin faydasından da danışıb:
“Kitab sərgilərinin keçirilməsi çox effektlidir. İldən-ilə sərgilərə gələnlərin, ziyarətçilərin, qonaqların sayı artır. Yəni məncə, belə davam edərsə, bir neçə ilə Azərbaycan kitabı özünün ən yaxşı səviyyəsinə gəlib çatacaq. Qadağa olmasa, hər kəs bu sərgilərə gələ bilər. Yəni məktəblilər müəllimləriylə, təşkilatlar rəhbərləriylə sərgiyə qatılar. Kitabı təbliğ etməsən, heç kəs kitab oxumayacaq. Ona görə də bu mənada təşkilatlar da maraqlı olmalıdır, sərgiyə gəlməlidirlər.
Mənə elə gəlir ki, “Təkərli kitab” layihəsini hökumət qurumları dəstəkləsinlər və biz bunların sayını çox edək. Hörmətli nazirlə görüşümüzdə onun münasibəti məndə xeyli ümid yaratdı”.