Rüstəm Behrudi : - ÖZÜNƏBƏNZƏR ADAM AXTARMAQ VƏ YAXUD TANRIYA YOL
Sevda nədi , soran kəs,
Sevda iman deyil bəs?!
İçimizdən gələn səs,-
Ən böyük imanımız
Mən bütöv bir ömrü nağıl kimi yaşadım.
Ancaq bu nağılın sonunda "göydən düşən üç alması" yox idi!
Bəlkə də varmış, adamlar bu nağıla qulaq assınlar deyə , mənə çatacaq o almadan da özüm imtina eləmişəm .
Bütün ömrümü şeytan istəyi adlandırdığım "canatmalar" içində yaşadım. Bunun adı yaşamaq deyil, başqa bir şeydi məncə.
İnsanın əsil mahiyyəti sözlərlə ifadə olunmayacaq şeylərdə olduğundan bunun nə olduğunu mən də bilmirəm əslində!
Bir zamanlar "şairlik--bütün ömrü boyu özünəbənzər adam axtarmaq, sonunda da onu tapmamaqdı" yazmışdm.
İndi bu düşüncənin nə qərdər yanlış olduğunun fərqindəyəm!
İnsanın "özünəbənzər" i tapandan sonra da ,canatma duyğusu kəhanətə çevrilirsə, bizim nəsə anlayamayacağımız bir yalnışlıq var mütləqa!
Sən demə, tanrı içimizdə ola-ola, biz onu göy üzünün boşluğunda axtarmağımızın əzabını çəkirik!
Bu əzabdan doğan vəhdən--sözdən uca heç nə yoxdu yer üzündə!
Ey Tanrıya yol arayan,
Uzaq yoldu İncil, Quran,
Ağac, yarpaq--yoldu hər yan,
Bəndəylə Tanrı arası...