Qalib Şəfahət : - Öz yerində oturdacaq

Ədəbiyyat 23:20 / 18.05.2024 Baxış sayı: 2296

 

 

İllər səni qoymaz belə,

Bir gün üzə çıxaracaq.

Ömür sənə insaf edib,

Özü ilə aparacaq.

 

Qoymaz üzü ağ gedəsən,

Sinən dolu dağ gedəsən.

Bu dünyadan sağ gedəsən,

Səndən nəsə qoparacaq.

 

Kim verib sənə hünəri,

Tutanmazasan göyü, yeri.

Kimsə durduracaq  geri,

Öz yerində oturdacaq.