Ağlaya-ağlaya gülür dünyaya,
Özü göz yaşını silib, qayıdır.
Dünya başdan-başa sevgi “dağı”dı,
Torpaq ruhu uçmuş can yatağıdı.
Hamı bir-birinin qəm ortağıdı,
Qəm “necə çəkilir”,- gülüb, qayıdır.
Əməllər şeytanın diqtəsindədi,
Can ruhun, ruh canın qəfəsindədi.
Bəndə Yaradanın səcdəsindədi,
Hər gün neçə dəfə gəlib, qayıdır.
Nuhun insanı-dərd, dərdləri-insan,
Dünyaya dərd əkir, dərd dərir insan.
Zamanın sükanın döndərir insan,
Bölünməz dərdləri bölüb, qayıdır,
Bir sirri-xudadı, -Kim vaqif deyil?!
Mehdi Calal kimi nə ağla, nə gül!
Alın yazısından xəbərsiz, qafil
Doğulub-yaşayır, ölüb-qayıdır...