Milli Məclisin Prezidentə müraciəti

Gündəm 17:46 / 21.06.2024 Baxış sayı: 1935

 

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.

Yenises.az xəbər verir ki, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.