Kəramət : - KİTABLAR ARASINDA GƏZMƏK
KİTABLAR ARASINDA GƏZMƏK ADAMLAR ARASINDA GƏZMƏKDƏN ona görə fərqlidi ki, seçilmişlər arasdındasan və seçilmişləri də seçmək imkanın yaranır.
Bu gün Atatürk Mədəniyyət Mərkəzində Kitab Fuarında oldum:Tanış yazıçılarla ayaqüstü "söhbət elədim". Xaruki Murakaminin yanındansa elə-belə ötüb keçmək olmazdı. İlk nəşri 2004-cü ildə olan "İmkansızın şərqisi" 52-inci dəfə oxucularla görüşür.,104.000 tirajla.
KİTABLAR ARASINDA GƏZMƏK MEŞƏDƏ AĞACLAR ARASINDA , YA DA QƏBRİSTANDA BAŞDAŞILARI ARASINDA GƏZMƏK KİMİDİ MƏNİM ÜÇÜN. NECƏ Kİ BÖYÜK DOSTUMUZ "NORVEÇ MEŞƏSİ"NDƏ DEYİR: " ÖLÜMLƏ HƏYAT BİRİ-BİRİNİN ƏKSİ DEYİL, ÖLÜM HƏYATIN GÖRÜNMƏYƏN HİSSƏSİDİR." . RİSQ ELƏYİB BELƏ DÜZƏLİŞ EDƏRDİM: "ÖLÜM HƏYATIN GÖRÜNMƏYƏN DAVAMIDIR". Bəlkə yaponcada mən yazdığım kimidi, tərcümədə belə alınıb.
Bəyən
Şərh bildir
Göndər