Əbülfət Mədətoğlu :- İndi danışırıq....

10:25 / 19.10.2024 Baxış sayı: 1118

 

Durduğum nöqtədən başqa,

Heç gedədi yerim yoxdu...

Hətta mənim, bax bu yaşda -

Köç gedəsi yerim yoxdu!..

 

İlahi, sənmi unutdun

Yoxsa mənmi gözdən qaçdım?!

Sən məni yuyub qurutdun -

Sübhü diri gözlü açdım...

 

Səsimi durduğum yerdə

Əlimlə birgə qaldırdım...

Üstünə düşürdü kölgə -

Dərdimin qaşın aldırdım...

 

Gördüm ki, donur, qarşılıq

Vermək də çıxır yadından...

Susub, indi danışırıq -

Allahla mən, Bir qadından!..