Məmməd QƏDİR - Səni unutmuşam.

Ədəbiyyat 21:21 / 08.04.2026 Baxış sayı: 151

 

Nə işin var yuxumda,

Mən səni unutmuşam.

Yoxluğunu həb kimi,

Qurtum - qurtum udmuşam.

 

Sağaldım ayrılıqdan,

Şəfa tapdım qəmindən.

Zor ilə ayrılmışam,

Sevdalar aləmindən.

 

Çıxmışam köləlikdən,

Şah kimi, vəzir kimi.

Allah verən dərdləri,

Yeyirəm nəzir kimi.

Təzə - təzə səngiyib,

El, obanın qınağı.

Qaysaq olub, köz tutub,

Ürəyimin yanığı.

 

Tanrının dərgahına,

Pillə-pillə çatıram.

Söndür xatirələri,

Qaranlıqdı, yatıram...

 

... Nə işin var yuxumda,

Mən səni unutmuşam.

Yoxluğunu həb kimi,

Qurtum - qurtum udmuşam...

. 08.04.2015.