Əlizadə Nuri - Bu ömür bir qazan qardı

Ədəbiyyat 10:30 / 08.04.2026 Baxış sayı: 224

 

Yeldi əsən, yerdi əsən?

Axsaq imiş o tələsən.

Yol da yorulub deyəsən

Uzanıb tozun üstünə.

 

Görüb qəmli havaları,

Könül yenə havalanır...

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar-damardı.

...Bu ömür bir qazan qardı-

Qoymuşuq közün üstünə...