Yadigar Təvəkgül - Qorxdum ləçəklərin qopub tökülər,
Qorxdum ləçəklərin qopub tökülər,
Qıymadım yuvandan qoparam səni
Sən mənim könlümün sah əsərindən
Götürüb özümlə aparam səni.
Bilirəm yurd eşqin təmizdir pakdır
Bağrına həsrətin hilalı batır
Xəfif gülüşünlə əsir ürəyim
Baxışın eşq ilə qəlbimə yatır
Mən sənin eşqinlə olmuşam əsli
Sən könül dağımda edirsən nalə
Ay mənim ruhumun məhəbbət fəsli
Gəlib ürəyimdə bitmisən laləm
Nə qədər dağ gəzdim cığır dolandım,
Qovdum başın üstən dumanı cəni.
Başqa çiçəklərə aldanma nolar,
Qayıdıb gələcəm gözlə sən məni!!!