Bəhmən Vətənoğlu  - Ay  baba

Ədəbiyyat 12:07 / 08.04.2026 Baxış sayı: 183

Dünyaya gözümüz baxandan bəri,

Dövran başımızdan vurur ,ay baba.

Qizil düşgünləri,pul düşkünləri,

Göyü didir,yeri cırır ,ay baba.

 

Qazancı xeyrinə bol yazanların,

Hamını özünə qul yazanların,

Sənə neçə axça pul yazanların,

Nəsilləri hələ durur,ay baba.

 

Rüşvətsiz qələm çalmayanların

Vicdanı ,insafı olmayanların

Sənin salamını almayanların

Nəvələri bizi qırır,ay baba.