Lənkəran Tibb Kollecində AYB-nin üzvləri  ilə görüş...

Gündəm 09:40 / 20.05.2025 Baxış sayı: 2314

 

16 may 2025-ci il tarixdə Lənkəran Tibb Kollecində AYB-nin üzvləri olan yazıçı ,dramaturq Qafar Cəfərli,şairlər Xatirə Xatun, Ağamir Cavad,Salman Məmmədoğlu və Anar Seyidağa ilə Kollecin müəllim və tələbə heyətinin görüşü keçirildi.

Görüş zamanı yazarların hər biri şeirlərini ifa etdilər. Kollecin şair tələbələrinin də səsləndirdikləri şeirlər maraqla qarşılandı.

Qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

Sonda Kollecin kitabxanasına və tələbələrə kitablar hədiyyə olundu.