Küləklə bağlı SARI XƏBƏRDARLIQ

MƏMLƏKƏT 15:03 / 16.07.2024 Baxış sayı: 2145

İyulun 18-19-da əsasən gündüz saatlarında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Yenises.az-a bu barədə  Milli Hidrometeoroloji Xidmətdən bildirilib.

Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı, İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.